Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 5-də Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə gedib.
“Report” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Ər-Riyad hərbi aerodromunda Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Sonra Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Dövlət başçısı İlham Əliyevi İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud qarşılayıb.
Azərbaycanın və Səudiyyə Ərəbistanın dövlət himnləri səslənib.
Daha sonra İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib.