Goranboyda yol-nəqliyyat hadisəsində xəsarət alanlar evə buraxılıblar - yenilənib
- 14 oktyabr, 2026
- 18:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Goranboy rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (kişi) 14.10.2026-cı il tarixində saat 15:40 radələrində Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Report"un Qərb bürosu xəbər verir ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
Pasiyentlərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
Bakı-Qazax magistral yolunun Goranboy rayonundan keçən hissəsində baş verən avtomobil qəzasında beş nəfər xəsarət alıb.
"Report"un Qərb bürosu xəbər verir ki, "Chevrolet" və "VAZ 2107" markalı avtomobillər toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində Zeynal Namazov (1991), Samir Abdullayev (1998), Elxan Nəsibov (1999), Röyal Məmmədov (1988) və S.Bayramov (2024) xəsarət alıb. Onlar xəstəxanalardan birinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.