Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri başlayıb

Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri başlayıb Səfər zamanı iki ölkə arasında bir sıra sənədlərin imzalanması nəzərdə tutulub
Xarici siyasət
28 Mart , 2018 12:37
Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri başlayıb

Bakı. 28 mart. REPORT.AZ/ İran Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri başlayıb.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda İran prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

H.Ruhanini Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov, Bakıdakı İran diplomatlar və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir.

H.Ruhani Azərbaycan rəhbərliyi ilə görüşəcək və ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edəcək.

Səfər zamanı iki ölkə arasında bir sıra sənədlərin imzalanması nəzərdə tutulub.

Səfər çərçivəsində İran nümayəndə heyəti Neftçalada Maşınqayırma Zavodunun açılışında iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi