Fərid Şəfiyev: Kanadanın müstəqilliyini müdafiə edə bilən bir liderliyə ehtiyac var
- 25 aprel, 2025
- 11:24
Monrealdan seçilmək üçün etnik səslərə, xüsusilə erməni icmasının dəstəyinə ehtiyac olduğunu başa düşürəm.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "X" sosial şəbəkəsində Kanada xarici işlər naziri Melani Jolinin qərəzli mövqeyinə münasibət bildirərək yazıb.
O bildirib ki, bu, Azərbaycanın əvvəllər işğal olunmuş Qarabağ bölgəsinə dair erməni irredentizmini təbliğ etməyi tələb edir: "Lakin artıq Kanada üçün müstəqilliyini və birliyini müdafiə edə bilən bir liderə ehtiyac var".
Qeyd edək ki, M.Joli qondarma erməni soyqırımı ilə bağlı danışarkən Qarabağdan könüllü olaraq köç etmiş erməniəsilli şəxslər barədə təhriflərə yol verib, Azərbaycana qarşı haqsız iddialarla çıxış edib.
To be elected from Montreal, I understand, you need ethnic votes, especially Armenians. This requires the peddling of Armenian irredentism regarding the formerly occupied Karabakh region of Azerbaijan.
— Farid Shafiyev (@shafiyev_farid) April 25, 2025
However, it is time for Canada to have leadership that can stand for Canadian… https://t.co/2SyBAxJ5us