Erkin Qədirli: Ermənistanla sülh istiqamətində problemin həll yolu yeni konstitusiyanın qəbuludur

Erkin Qədirli: Ermənistanla sülh istiqamətində problemin həll yolu yeni konstitusiyanın qəbuludur Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində problemin həll yolu ölkədə yeni konstitusiyanın qəbul edilməsidir.
Xarici siyasət
10 Dekabr , 2024 10:50
Erkin Qədirli: Ermənistanla sülh istiqamətində problemin həll yolu yeni konstitusiyanın qəbuludur
Erkin Qədirli

Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində problemin həll yolu ölkədə yeni konstitusiyanın qəbul edilməsidir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin deputatı, hüquqşünas Erkin Qədirli Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi "Azərbaycan-Ermənistan arasında sülh sazişinə başlıca maneə" adlı konfrans çərçivəsində keçirilən "Ermənistan Konstitusiyasının və Qanunlarında Sülh Müqaviləsinə əngəllər" mövzulu paneldə deyib.

Deputat vurğulayıb ki, konstitusiyada preambula parlament tərəfindən referendumla dəyişdirilə bilər:

"Ancaq, təəssüf ki, Ermənistanın Konstitusiya Məhkəməsi məsələni qəlizləşdirərək hesab edir ki, preambula, ümumiyyətlə, dəyişdirilə bilməz. Amma bilməlidirlər ki, bizim bütöv preambula ilə işimiz yoxdur, problem xüsusi cümlədədir. Onun dəyişdirilməsini istəyirik".

Son xəbərlər

Orphus sistemi