Ərdoğan: "Qarşıdakı həftələrdə Azərbaycana səfər edəcəyəm"

Ərdoğan: "Qarşıdakı həftələrdə Azərbaycana səfər edəcəyəm" “Gələn həftə, inşallah, yenə Azərbaycanda olacağıq. Bu qələbə təkcə Azərbaycan üçün deyil, Türkiyə üçün də mühüm hadisə oldu”.
Xarici siyasət
1 Oktyabr , 2021 15:30
Ərdoğan: Qarşıdakı həftələrdə Azərbaycana səfər edəcəyəm
Rəcəb Tayyib Ərdoğan

“Qarşıdakı həftələrdə yenə Azərbaycanda olacağıq”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Millət Məclisinin növbəti qanunvericilik ilinin açılışında deyib.

“Keçən il Türkiyə Böyük Millət Məclisinin növbəti qanunvericilik ilinin açılışında Vətən müharibəsi aparan azərbaycanlı qardaşlarımıza dualarımızı çatdırmışdıq. Çox şükür, 44 gün davam edən çətin mübarizə Azərbaycanın zəfəri ilə başa çatdı. Beləliklə, 30 ilə yaxın işğal altında olan Qarabağ və Azərbaycanın digər torpaqları işğaldan azad edildi. Biz də Bakı və Şuşanı ziyarət edərək azərbaycanlı qardaşlarımızın sevincinə ortaq olduq. İnşallah, qarşıdakı həftələrdə azərbaycanlı qardaşlarımızla yenə bir araya gələcəyik”, - o vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi