​Elmar Məmmədyarov BMT-nin davamlı inkişaf üzrə sammitində çıxış edib

​Elmar Məmmədyarov BMT-nin davamlı inkişaf üzrə sammitində çıxış edib XİN rəhbəri Azərbaycanın inkişaf sahəsindəki uğurlarından danışıb
Xarici siyasət
27 Sentyabr , 2015 07:58
​Elmar Məmmədyarov BMT-nin davamlı inkişaf üzrə sammitində çıxış edib

Bakı. 27 sentyabr. REPORT.AZ/ Azərbaycan ən sürətlə artan iqtisadiyyatlardan biri kimi, inkişaf sahəsində nəzərəçarpacaq nəticələrə nail ola bilib. Qlobal böhrana baxmayaraq, 2015-ci ilin birinci yarısında ölkədə iqtisadi artım 5,7 faiz təşkil edib, iqtisadiyyatın qeyri-neft sektorunda artım isə 9,2 faiz qiymətləndirilib.

"Report" xəbər verir ki, bunu Nyu-Yorkda BMT-nin davamlı inkişaf üzrə sammitində çıxışı zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

O, qeyd edib ki, ölkəsi enerji və nəqliyyat infrastrukturlarının inkişafı üzrə layihələrin dünya bazarında ən iri oyunçulardan birinə çevrilib.

Azərbaycanın XİN rəhbəri "ASAN Xidmət"in yaradılmasından da danışıb. O əlavə edib ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyəti davamlı inkişaf məqsədlərindən əksəriyyətini əhatə edir.

E.Məmmədyarov, həmçinin Heydər Əliyev Fondunun fəaliyyətinə toxunub. O bildirib ki, QHT son vaxtlar ərzində bir sıra sosial və humanitar proqramlar reallaşdırıb, o cümlədən dünyanın bir sıra ölkələrində inkişaf sahəsində layihələr həyata keçirib.

Nazirin sözlərinə görə, ölkə hökuməti xalqlar arasında mədəniyyətlərarası dialoq, tolerantlıq və qarşılıqlı anlaşmanın inkişafına birinci dərəcəli əhəmiyyət verir. Belə ki, Azərbaycan 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu keçirmək, 2017-ci ildə isə İslam Həmrəylik Oyunlarını qəbul etmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi