Əli Əsədov Almatıda işgüzar səfərdədir
Xarici siyasət
- 30 yanvar, 2025
- 11:35
Azərbaycanın Baş naziri Əli Əsədov Qazaxıstanın Baş naziri Oljas Bektenovun dəvəti ilə Almatı şəhərində işgüzar səfərdədir.
Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib.
Qeyd olunub ki, Almatı Beynəlxalq Hava Limanında Ə.Əsədovu Qazaxıstan Baş nazirinin müavini - hökumət aparatının rəhbəri Qalımjan Koyşıbayev və digər rəsmi şəxslər qarşılayıblar.
Ə.Əsədov səfər çərçivəsində “Digital Almaty 2025” beynəlxalq rəqəmsal forumunda çıxış edəcək.
O, həmçinin Avrasiya Hökumətlərarası Şurasının iclasında qonaq qismində iştirak edəcək.
Son xəbərlər
15:48
Əfv olunan məhkum: Səhv etmişdim, dövlət başçısı bağışladı
Daxili siyasət15:44
Azərbaycanda idxal və ixrac gömrük rüsumlarının dərəcələri dəyişib
Biznes15:37
"Şəfa" komandasının Premyer Liqadakı fasilə zamanı planı bəlli olub
Futbol15:29
Doktorantların və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
Elm və təhsil15:22
Foto
"Avropa Mobillik Həftəsi" çərçivəsində panel müzakirəsi keçirilib
İnfrastruktur15:19
Moskva aeroportunda 95 min dollar dəyərində zinət əşyalarını gizlədən qadın saxlanılıb
Digər ölkələr15:18
Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsində məşqçilərlə görüş keçirilib
İdman15:17
Martin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb
Xarici siyasət15:13
Foto
Video