Ekspert: “Azərbaycan və Rusiya arasında əməkdaşlıq yeni səviyyəyə yüksəlib”

Xarici siyasət
  • 23 fevral, 2022
  • 05:45
Ekspert: “Azərbaycan və Rusiya arasında əməkdaşlıq yeni səviyyəyə yüksəlib”

“Müttəfiqlik haqqında Bəyannamə Azərbaycan-Rusiya tərəfdaşlığına yeni görkəm verəcək”.

Bunu “Report”un Rusiya bürosuna hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko fevralın 22-də Rusiyada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında görüşün yekunları üzrə sənədin imzalanmasını şərh edərkən bildirib.

O bildirib ki, müttəfiqlik haqqında sənədin imzalanması Azərbaycan-Rusiya münasibətlərinin yeni səviyyəyə yüksəlməsi deməkdir: “Hazırda Azərbaycan və Rusiya strateji tərəfdaşlardır. Siyasət, iqtisadiyyat, mədəniyyət sahəsində münasibətlərimiz uğurla inkişaf edir. Azərbaycanı beynəlxalq miqyaslı güclü siyasətçinin rəhbərlik etdiyi güclü və nüfuzlu dövlət kimi görürük”.