Tacikistanın Düşənbə şəhərində xeyriyyə yarmarkası təşkil olunub.
"Report" xəbər verir ki, tədbirdə Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddin açılış nitqi ilə çıxış edərək ölkələrin pavilyonları ilə tanış olub.
Tacikistanda akkreditə olunmuş bir neçə diplomatik nümayəndəliklə yanaşı, Azərbaycan səfirliyi də tədbirdə fəal iştirak edib.
Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov səfirlik tərəfindən satışa çıxarılan məhsullar barədə nazir S.Muhriddinə məlumat verib.
Tədbirdə qonaqlara Azərbaycanın milli incəsənət, sənətkarlıq və sənaye məhsulları, milli mətbəx və şirniyyatlarından nümunələr, suvenirlər, səfirlik tərəfindən tacik dilinə tərcümə edilmiş kitablar, o cümlədən turizm imkanları haqqında məlumatlar çatdırılıb.