Dövlət katibi: "Azərbaycan Slovakiya üçün Cənubi Qafqazda vacib tərəfdaşdır"

Dövlət katibi: "Azərbaycan Slovakiya üçün Cənubi Qafqazda vacib tərəfdaşdır" “Azərbaycan Slovakiya üçün Cənubi Qafqaz regionunda vacib tərəfdaş ölkədir. 2019-cu ilin sonlarında Slovakiyanın Bakıda səfirliyinin açılması ilə bunu təsdiq etmiş olduq”.
Xarici siyasət
436
7 İyul , 2021 13:03
Dövlət katibi: Azərbaycan Slovakiya üçün Cənubi Qafqazda vacib tərəfdaşdır

“Azərbaycan Slovakiya üçün Cənubi Qafqaz regionunda vacib tərəfdaş ölkədir. 2019-cu ilin sonlarında Slovakiyanın Bakıda səfirliyinin açılması ilə bunu təsdiq etmiş olduq”.

Report” xəbər verir ki, bu barədə Slovakiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Martin Klus Azərbaycana səfərin yekunları haqqında danışarkən bildirib.

“Ötən həftə Bakıya baş tutmuş rəsmi işgüzar səfərim zamanı Slovakiyanın siyasi dialoqun davam etdirilməsində və əsasən də iqtisadi-ticarət sahəsində əməkdaşlığın möhkəmləndirilməsində maraqlı olduğunu təsdiq etdim. Azərbaycanın yerləşmiş olduğu regionun dinamik inkişafı azərbaycanlı tərəfdaşları ilə əlaqələrin aktivləşdirilməsində getdikcə daha çox maraqlı olan orta və kiçik sahibkarlarımızı da motivasiya edir”, - o bildirib.

Dövlət katibi əlavə edib ki, Azərbaycanın rəsmi şəxsləri – xarici işlər nazirinin müavini Xələf Xələfov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevlə danışıqlar ikitərəfli münasibətlərin dərinləşdirilməsində qarşılıqlı marağı təsdiq etdi. Eyni zamanda, aktual regional və beynəlxalq məsələrlə bağlı fikir mübadiləsi apardıq və əməkdaşlığın möhkəmləndirilməsi üçün perspektiv istiqamətləri müəyyən etdik. Biz təkcə enerji və ya yeni texnologiyalar seqmentində deyil, həm də turizm sahəsində yeni imkanlar görürük”.

Son xəbərlər

Orphus sistemi