“ABŞ itkin düşmüş şəxslərlə bağlı öz təcrübəsini Azərbaycanla bölüşə bilər”.
Bunu “Report”a açıqlamasında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin keçmiş müavini Devid Merkel deyib.
Onun sözlərinə görə, itkin düşmüş insanların problemi çox vacib məsələdir: "Ailələr sevdiklərinin başına gələnləri bilməlidir. Bu şəxslərin kimliyini müəyyənləşdirmək həm ölkənin, həm də beynəlxalq ictimaiyyətin üzərinə düşən vəzifədir".
O, ABŞ-ın bu sahədə böyük təcrübəyə malik olduğunu vurğulayıb: “Bizim Havayda - Honolulu şəhərində güclü mərkəzimiz var, ABŞ İkinci Dünya müharibəsindən bəri itkin düşmüş hərbi qulluqçuların kimliyini müəyyən etməyi öhdəsinə götürüb. Bu məsələdə öz təcrübəmizi bölüşə bilərik".
"Bundan əlavə, bu gün bəzi konfrans iştirakçılarının qeyd etdiyi kimi, ictimai maarifləndirmə problemi var. Bu, təkcə Azərbaycana deyil, keçmiş Yuqoslaviya, Küveyt, Moldovaya da aid olan bir məsələdir. Bu, BMT-nin 2019-cu ildə qaldırdığı mühüm məsələdir və ümid edirik ki, kimsə bu həftə Baş Assambleyada da bu məsələyə toxunacaq", - o vurğulayıb.