Çin Pekinin Hyustondakı konsulluğunun məcburi bağlanması ilə əlaqədar gərginlik fonunda yaranan ticarət sövdələşmələri ilə bağlı suala cavab olaraq ABŞ-dan münasibətlərinin hara getdiyi barədə “düşünməyi” tələb edir.
"Çinin Çin-ABŞ münasibətlərindəki mövqeyi aydın və stabildir”, - Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Wang Wenbin cümə axşamı Pekində keçirilən brifinqdə deyib: "Bu əlaqənin hansı istiqamətdə davam edəcəyi isə ABŞ-ın diqqətlə düşünməli olduğu bir məsələdir."
Wang Çinin qisas planları hazırladığını təkzib edərək Pekinin yalnız "qanuni hüquq və maraqlarını təmin etmək üçün qətiyyətli və əsaslı ölçü götürəcəyini" təkrarladı.
“Global Times”ın baş redaktoru Hu Xijin Pekinin Hyuston Konsulluğunun təzyiq nəticəsində bağlanmasına ABŞ-a Uhandakı fəaliyyətini dayandırmasından daha çox zərər gətirəcək hərəkətlərlə cavab verecəyini deyib. Buna Honkonqdakı daha böyük missiya üçün nəzərdə tutlmuş potensial ixtisarlar da daxildir.
Cəsus mərkəzi
"ABŞ-ın Honkonq Konsulluğunda 1 000-dən çox işçisi var", - "Kommunist Partiyası" qəzetinin redaktoru Hu sosial mediada paylaşımında qeyd edib.
"Bu qədər insan nə ilə məşğuldur? Bu açıq-aşkar casus mərkəzidir. İşçilərinin 100 və ya 200 nəfərə qədər azaldılması Çinin nəzərdən keçirdiyi bir çox variantdan biri ola bilər", - "Twitter" və "Weibo" sosial şəbəkələrindəki paylaşımları ilə daha öncə də Çin hökumətinin rəsmi açıqlamalarını geridə qoyan Hu bildirib.
“Çin Hyuston qərarı ilə bağlı öz qisasını almaq üçün cənub-qərbdə yerləşən Çendu şəhərindəki ABŞ Konsulluğunu bağlamaq üçün hərəkətə keçəcək”, - bunu “South China Morning Post” qəzeti qərar barədə məlumat verən mənbəyə istinadən bildirib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Wang Wenbin çərşənbə günü Pekinin ABŞ-ın Hyustonla bağlı qərarını dəyişdirməyəcəyi təqdirdə qisas alacağını söyləyərək ABŞ-ın Çindəki diplomatik nümayəndəlikləri və işçilərinin sayının Çindəkindən qat-qat çox olduğunu əlavə edib.
Hyuston Konsulluğunun məcburi şəkildə bağlanması ticarətdən tutmuş pandemiya ilə əlaqədar vəziyyətin ilkin olunmasına qədər ön cəbhədə son aylar ərzində pisləşən ABŞ və Çin münasibətlərinə son illərin ən böyük təhdidlərindən biridir. Prezident Donald Tramp ABŞ-dakı digər Çin nümayəndəliklərinin bağlanmasının bir ehtimal olaraq davam etdiyini söyləyib.
“ABŞ-ın Uhandakı Konsulluğu - koronavirus pandemiyasının ilk episentrinin “vətəni” artıq hazırlıqlara başlamışdı”, - Hu qeyd edir. Hyustondakı Çin missiyasına isə bağlanması üçün cəmi 72 saat vaxt verilmişdir ki, bu da çox böyük zəhmət tələb edir. Hu məlumatı haradan əldə etdiyini açıqlamayıb.
ABŞ-ın Hyuston Konsulluğu barədə Çindəki Amerikan izini riskə atır
“Beləliklə, ABŞ üçün Uhan Konsulluğunu bağlamaq çox asan olardı və heç də onların hiss keçirdiyi məyusluq hissi çinli diplomatların Hyustonu tərk etdiyində hiss etdikləri ilə eyni olmazdı”, - o qeyd edir.
"Buna görə Çin cavab tədbiri görərkən, çox güman ki, ABŞ-ın əvvəlcədən hazırladığı döyüş bölgəsindən geri çəkiləcək və ABŞ-a daha ağır zərbə endirəcəyi, onu sürpriz bir şəkildə yaxalayacağı yerdən başlayacaq”, - o bildirib.