ABŞ dövlət katibi Entoni Blinken Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında keçirilən üçtərəfli görüş başa çatıb.
“Report”un ABŞ-dakı bürosu xəbər verir ki, Dövlət Departamentinin təşəbbüsü ilə Ağ evin tarixi rəsmi qonaq evi “Blair House”da baş tutan görüşdə E.Blinken Ermənistanın və Azərbaycanın xarici işlər nazirlərinin “cəsur addımları”nı yüksək qiymətləndirdiyini bildirib:
"Hazırda gördüklərimiz hər iki ölkənin keçmişi geridə qoyması və davamlı sülhə doğru çalışması üçün real addımlar və cəsarətli addımlardır. Həm Ermənistanın, həm də Azərbaycanın dostu kimi Birləşmiş Ştatlar bu səylərdə sizə dəstək olmaq üçün əlimizdən gələni etmək əzmindədir”.
E.Blinken qeyd edib ki, danışıqlar Nyu-Yorkda BMT Baş Assambleyasında görüşlər zamanı olan müzakirələr və Ermənistan, Azərbaycan və ABŞ rəsmiləri arasında aparılan digər görüşlərə əsaslanacaq.
ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ Dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında növbəti üçtərəfli görüş başlayıb.
“Report”un ABŞ-dakı bürosu xəbər verir ki, bu dəqiqələrdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında növbəti dəfə üçtərəfli görüş keçirilir.
Dövlət Departamentinin təşəbbüsü ilə baş tutan görüş Ağ evin tarixi rəsmi qonaq evi “Blair House”da baş tutur.
Görüşdən öncə E.Blinken jurnalistlərə açıqlama verib. O, iki ölkə arasında davam edən sülh danışıqlarında ABŞ-ın rolundan danışıb və yaxın gələcəkdə bölgədə davamlı sülhün əldə olunacağına ümid etdiyini deyib.