Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb - YENİLƏNİB
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb - YENİLƏNİB11 dekabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə keçirilən Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin görüşü çərçivəsində Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb.
11 dekabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə keçirilən Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin görüşü çərçivəsində Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb.
Bu barədə "Report"a Azərbaycan XİN-dən bildirilib.
Nazirlər iki ölkə arasında mövcud olan dost və tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıblar.
Tərəflər Azərbaycan ilə Ukrayna arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparıblar.
Çoxtərəfli platformalarda əməkdaşlığın davam etdirilməsi, o cümlədən GUAM çərçivəsində bir sıra istiqamətlər üzrə fəaliyyət qeyd olunub.
Görüş zamanı nazir Ceyhun Bayramov qarşı tərəfə regionda baş verən son hadisələr və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə məlumat verib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
18:22
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ukraynalı həmkarı Dmitro Kuleba ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri "X" hesabında məlumat yayıb.
Bildirilib ki, görüş Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin görüşünün çərçivəsində baş tutub. Nazirlər Azərbaycanla Ukrayna arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.
I had a pleasure to meet with @DmytroKuleba, Minister of Foreign Affairs of #Ukraine in Brussels.
At the meeting, we exchanged views on the regional situation and the prospects for multifaceted cooperation between our countries. pic.twitter.com/qLlHtioyHb