Azərbaycanla NATO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub - YENİLƏNİB

Azərbaycanla NATO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub - YENİLƏNİB Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən 30-cu iclası çərçivəsində NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb
Xarici siyasət
30 Noyabr , 2023 17:46
Azərbaycanla NATO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 30-cu iclası çərçivəsində NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan və NATO arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri, regional və beynəlxalq məsələlər, həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi və danışıqların perspektivləri müzakirə edilib.

Bundan əlavə, Azərbaycan tərəfindən regionda və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyə töhfə verən və tərəfdaş ölkə kimi Azərbaycanla NATO arasında müntəzəm siyasi dialoqun aparılması və praktiki əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib.

C.Bayramov 24 saatdan az müddətdə Azərbaycan tərəfindən həyata keçirilmiş antiterror tədbirlərini şərtləndirən amillər, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

17:02

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən 30-cu iclası çərçivəsində NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb

"Report" xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.

Bildirilib ki, Azərbaycan ilə NATO arasında mövcud əməkdaşlıq, o cümlədən regional və beynəlxalq məsələlər müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi