Özbəkistan XİN Azərbaycan xalqına başsağlığı verib

Özbəkistan XİN Azərbaycan xalqına başsağlığı verib 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror hücumu ilə əlaqədar Özbəkistan Respublikasının xarici işlər naziri vəzifələrini icra edən Baxtiyor Saidov Azərbaycan Respublikasının
Xarici siyasət
27 Yanvar , 2023 19:24
Özbəkistan XİN Azərbaycan xalqına başsağlığı verib

Özbəkistan Respublikasının xarici işlər naziri vəzifələrini icra edən Baxtiyor Saidov Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror hücumu ilə əlaqədar Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova başsağlığı verib.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Özbəkistan naziri telefon söhbəti zamanı baş vermiş bu aktı qəti şəkildə pisləyib, hücum nəticəsində həyatını itirmiş mərhumun ailəsinə və qardaş Azərbaycan xalqına başsağlığı diləklərini çatdırıb, Azərbaycan tərəfi ilə həmrəyliyini bildirib.

C.Bayramov özbəkistanlı həmkarına öz minnətdarlığını bildirib, bu cinayəti törədənlərin və onun sifarişçilərinin ən qısa zamanda məsuliyyətə cəlb edilməsi və cəzalandırılması üçün Azərbaycan tərəfinin bütün mümkün vasitələrdən istifadə edəcəyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi