Çexiyada Azərbaycanın mina qurbanlarına həsr olunan fotosərgilər keçirilib

Çexiyada Azərbaycanın mina qurbanlarına həsr olunan fotosərgilər keçirilib Çexiyanın paytaxtı Praqa şəhərində Azərbaycanın mina qurbanlarına həsr olunan fotosərgilər keçirilib.
Xarici siyasət
14 Oktyabr , 2024 16:20
Çexiyada Azərbaycanın mina qurbanlarına həsr olunan fotosərgilər keçirilib

Çexiyanın paytaxtı Praqa şəhərində Azərbaycanın mina qurbanlarına həsr olunan fotosərgilər keçirilib.

"Report" xəbər verir ki, sərgilər “Gilavar Foto Klubu” ictimai birliyi tərəfindən Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə və Çexiyada fəaliyyət göstərən “Land of Fire” təşkilatının dəstəyi ilə baş tutub.

Layihənin əsas məqsədi mina qurbanlarının sayının artmasının qarşısının alınmasına dəstək vermək, müxtəlif dövrlərdə Azərbaycanda ermənilərin basdırdıqları mina partlayışları nəticəsində zərərməkmiş insanların düşdüyü vəziyyətlərini fotolar vasitəsilə göstərmək, onların acı həyat hekayələrini öz dillərindən eşitmək, cəmiyyətə və bütün dünyaya mesaj ötürməkdir.

Layihə rəhbəri Rəşad Mehdiyev bildirib ki, iki gün davam edən sərgilər zamanı minlərlə insan Azərbaycanda bu günə qədər davam edən mina terroru ilə bağlı ətraflı məlumat əldə edib.

Nümayiş olunan fotoşəkillər fotoqraf Famil Mahmudbəyli tərəfindən çəkilib və Azərbaycanda çap olunaraq gətirilib. Hər bir fotonun yanında məlumat xarakterli lövhələr də təqdim olunub, ermənilərin basdırdıqları mina partlayışı qurbanlarının hekayələri ingilis dilində əks olunub. Sərgini ziyarət edən şəxslərə bu günə qədər davam edən mina terroru haqqında şifahi olaraq da məlumatlar verilib.

Fotosərgilər "Təhlükənin kulMİNAsiya nöqtəsi" adlı fotolayihənin tərkib hissəsidir.

İyirmi fotodan ibarət “Düyməni sıxan ayaqlar” adlı ilk sərgi Qədim Şəhər Meydanında (Staromestske namesti) baş tutub. Respublika Meydanında (Namesti Republiky) keçirilən növbəti gündə isə Praqada və Avropanın digər şəhərlərində yaşayan azərbaycanlılar sərgi ilə yaxından tanış olublar.

Tədbirdə həmçinin Azərbaycanın Çexdəki səfirliyinin əməkdaşları iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi