Cavid Qurbanov: “Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafına xüsusi diqqət yetirir”

Cavid Qurbanov: “Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafına xüsusi diqqət yetirir” “Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafına xüsusi diqqət yetirir”.
Xarici siyasət
8 May , 2023 16:10
Cavid Qurbanov: “Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafına xüsusi diqqət yetirir”

“Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafına xüsusi diqqət yetirir”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov Həştərxanda “Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında ticari-iqtisadi və humanitar əməkdaşlıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən və Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycan bu layihənin icrası ilə bağlı bütün işləri artıq başa çatdırıb.

“Ötən il “Şimal-Cənub” və “Şimal-Qərb” istiqamətləri üzrə 3,5 milyon ton yük daşınıb. Lakin bunun böyük hissəsi “Şimal-Qərb” dəhlizinin payına düşüb", - o bildirib.

C.Qurbanovun sözlərinə görə, Azərbaycanla Rusiya arasında ikitərəfli əməkdaşlığın dərinləşməsi təsadüfi deyil, bu, prezidentlər İlham Əliyev və Vladimir Putinin böyük töhfələrinin nəticəsidir: “Lakin bu münasibətlərin əsasında, təbii ki, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev dayanır”.

Nazir müavini vurğulayıb ki, Azərbaycan ilə Həştərxan vilayəti arasında əməkdaşlığın əsas prioritet istiqamətlərindən biri nəqliyyat əlaqələrinin inkişafıdır.

Son xəbərlər

Orphus sistemi