Britaniyanın dövlət naziri Şəhidlər xiyabanını ziyarət edib
Britaniyanın dövlət naziri Şəhidlər xiyabanını ziyarət edibBöyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokerti Şəhidlər xiyabanını ziyarət edib.
Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokerti Şəhidlər xiyabanını ziyarət edib.
"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, L.Dokerti 20 Yanvar qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
O, Birinci Dünya müharibəsi illərində Bakıda həlak olan Britaniya və Birlik əsgərlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət edib, önünə güllər qoyub.
Minister @LeoDochertyUK visited the Martyrs Alley to honour the memory of victims of 20 January.
He laid flowers at the memorial to the British and Commonwealth soldiers who fell in the Battle of Baku during the First World War. pic.twitter.com/QLWmvxGmbo