Dövlət naziri: "Britaniya yüz minlərlə azərbaycanlının Ağdamdan Zəngilana kimi evlərinə qayıtmasına töhfə verir"

Dövlət naziri: "Britaniya yüz minlərlə azərbaycanlının Ağdamdan Zəngilana kimi evlərinə qayıtmasına töhfə verir" Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokerti Böyük Britaniyanın yüz minlərlə azərbaycanlının Ağdamdan Zəngilana kimi evlərinə qayıtmasına töhfə verdiyini bildirib.
Xarici siyasət
23 Noyabr , 2023 12:04
Dövlət naziri: Britaniya yüz minlərlə azərbaycanlının Ağdamdan Zəngilana kimi evlərinə qayıtmasına töhfə verir

Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokerti ölkəsinin yüz minlərlə azərbaycanlının Ağdamdan Zəngilana kimi evlərinə qayıtmasına töhfə verdiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld "X" hesabında yazıb.

"Azərbaycanın minalardan təmizlənməsi üçün çalışan tərəfdaşlarla çox yaxşı əməkdaşlıq qurmuşuq. Nazir Leo Dokertinin də dediyi kimi, Böyük Britaniya Cənubi Qafqazda sülh və təhlükəsizliyin təşviqinə və yüz minlərlə azərbaycanlının Ağdamdan Zəngilana kimi evlərinə qayıtmasına töhfə verir",-paylaşımda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi