Britaniyanın AŞ PA-dakı deputatı Azərbaycanın səsvermə hüququnun məhdudlaşdırılmasına qarşı çıxıb

Britaniyanın AŞ PA-dakı deputatı Azərbaycanın səsvermə hüququnun məhdudlaşdırılmasına qarşı çıxıb Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün işə başlayan qış sessiyasının ilk iclasında ingilis deputat Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsini təklif edən həmkarlarının qərarını pisləyib.
Xarici siyasət
22 Yanvar , 2024 19:20
Britaniyanın AŞ PA-dakı deputatı Azərbaycanın səsvermə hüququnun məhdudlaşdırılmasına qarşı çıxıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün işə başlayan qış sessiyasının ilk iclasında ingilis deputat Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsini təklif edən həmkarlarının qərarını pisləyib.

"Report"un yerli bürosu xəbər verir ki, Böyük Britaniyanın AŞPA-da nümayəndə heyətinin üzvü İan Liddel-Granger qurumda çıxışı zamanı həmkarlarını bu mövzuda ehtiyatlı olmağa çağırıb.

"Bu, səhv bir qərardır. Heç bir müsbət vəziyyətə aparmayacaq. Belə qərarlar vermək üçün çox ehtiyatlı olmalıyıq", - o, bildirib.

Qeyd edək ki, bu gün keçirilən iclaslarda Azərbaycan nümayəndə heyəti iştirak edib, lakin onların səsvermə hüququ məhdudlaşdırılıb. Bu təklif almaniyalı deputat Frank Şvabenin olub.

Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı qərar qəbul edilməsi üçün Monitorinq Komitəsinə göndərilib. Monitorinq Komitəsi 24 saat ərzində qərar verməlidir.

Son xəbərlər

Orphus sistemi