Britaniya səfirliyi Bakıda xeyriyyə yarmarkası təşkil edib

Britaniya səfirliyi Bakıda xeyriyyə yarmarkası təşkil edib Böyük Britaniya ilə Azərbaycanın diplomatik əlaqələrin 30 illiyi münasibətilə Bakıdakı Fəvvarələr meydanında xeyriyyə yarmarkası təşkil edilib.
Xarici siyasət
19 Mart , 2022 12:42
Britaniya səfirliyi Bakıda xeyriyyə yarmarkası təşkil edib

Böyük Britaniya ilə Azərbaycanın diplomatik əlaqələrin 30 illiyi münasibətilə Bakıdakı Fəvvarələr meydanında xeyriyyə yarmarkası təşkil edilib.

"Report" xəbər verir ki, yarmarka Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.

Xeyriyyə yarmarkasında Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Layl Şarp və səfirliyin əməkdaşları iştirak ediblər.

Burada satış məqsədi ilə şirniyyatlardan ibarət stend qurulub.

Səfir Ceyms Şarp bildirib ki, satışdan əldə olunan vəsait xeyriyyə məqsədi ilə istifadə olunacaq:

"Bu silsilə tədbirlərin keçirilməsinin tək məqsədi siyasi əlaqələr yox, həm də dostluq əlaqələrimizi qeyd etməkdir. Belə ki, iki xalq arasındakı münasibətlər təkcə diplomatik əlaqələr çərçivəsində yox, həm də siyasi, mədəni, idman əlaqələrində özünü göstərir. Bu yarmarkada şirniyyatların satışından əldə edilən gəlir Ukraynada zərərçəkənlərə və Azərbaycana Birgə Yardım Təşkilatına (UAFA) dəstək olmaq üçün xərclənəcək.
Vətəndaşları yarmarkada iştirak etməyə çağırırıq".

Qeyd edək ki, yarmarka 19-26 mart saat 12:00-16:00-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi