Britaniyalı nazir Azərbaycanda minatəmizləmə üzrə ekspertlər ilə görüşüb

Xarici siyasət
  • 22 fevral, 2023
  • 07:33
Britaniyalı nazir Azərbaycanda minatəmizləmə üzrə ekspertlər ilə görüşüb

"Minalarla mübarizə Azərbaycanla əməkdaşlığımızın çox vacib hissəsidir".

"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Aulud tviterdə yaızb.

O bildirib ki, Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Azərbaycana səfəri çərçivəsində minatəmizləmə üzrə ekspertlər ilə görüşüb: "Minalarla mübarizənin əhəmiyyəti və bu sahədə Böyük Britaniyanın Azərbaycana dəstəyini müzakirə etdik".

44 filmi