Braziliya nümayəndəsi: Yeni platforma Qlobal Cənubun ədalətsizliyə qarşı mübarizəsini zəruri edir

Xarici siyasət
  • 28 aprel, 2025
  • 11:14
Braziliya nümayəndəsi: Yeni platforma Qlobal Cənubun ədalətsizliyə qarşı mübarizəsini zəruri edir
Almir Lima Nassimento

Yaradılan yeni platforma Qlobal Cənubun ədalətsizliyə qarşı mübarizəsini zəruri edir.

"Report" xəbər verir ki, bunu Braziliya Beynəlxalq Münasibətlər Elmi-Tədqiqat İnstitutunun direktoru Almir Lima Nassimento Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransında deyib.

Nümayəndə platformanın vacib regional və qlobal çətinlikləri qlobal təşəbbüslərlə həll yoluna aparacağına inandığını qeyd edib:

"Bu platformanın bu gün işə başlaması bizim üçün çox aktual və vacibdir. Hazırsa sosial və iqtisadi sahədə bir çox problemlərlə üz-üzəyik. Bu yeni platforma Qlobal Cənub çərçivəsində vahid bir cəbhə olaraq ədalətsizliyə, yoxsulluğa, bərabərsizliyə qarşı mübarizəni vacib edir".

O təmsil olunan nümayəndələr və ölkələrin Qlobal Cənub QHT Platformasında baş tutan müzakirələrdən faydalanmalı və nəticə çıxarmalı olduqlarını da vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti