"BMT-nin baş katibi Antoniu Quterreş Ermənistan və Azərbaycanın birgə bəyanatını alqışlayır".
Bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarik "Report"a açıqlamasında deyib.
Sözçü bildirib ki, Azərbaycan və Ermənistan qarşılıqlı bəyanat yaymaqla etimat quruculuğu prosesinə töhfə vermək üçün ikitərəfli münasibətlərin normallaşdırılmasına sadiqliklərini təsdiqləyiblər: "BMT tərəflərin bölgədə davamlı sülhün bərqərar olunması və əhalisinin rifahı naminə qarşılıqlı etimadı qorumaqla razılaşmaya əsaslanmağı təşviq edir".