Birinci vitse-prezidentin köməkçisi Niderland parlamentariləri ilə görüşlər keçirib
- 14 aprel, 2023
- 19:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Niderlanda səfəri çərçivəsində bu ölkədəki siyasi partiyaların deputatları ilə görüşlər keçirib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev tviterdə paylaşım edib.
Səfir Azərbaycan və Niderland arasında əməkdaşlıq və regional məsələlər ətrafında konstruktiv fikir mübadiləsinə görə deputatlara təşəkkür edib.
Görüşlər “Demokratlar 66” Partiyasının koalisiyasına daxil olan hakim “Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası”nın, həmçinin “Volt”, “DENK”, "Niderlandın maraqları naminə” partiyalarının nümayəndələri və “Ja21” partiyasından olan senatorla keçirilib.
Grateful to MPs of @VVD @D66 @DenkNL @VoltNederland @BVNLNederland @JuisteAntwoord for constructive exchange of views with Amb. E.Amirbayov, Asst. of @1VicePresident on broad range of & reg. security issues. Look forward to continue our dialogue @EersteKamer @2eKamertweets
— Rahman Mustafayev (@rahman2609m) April 14, 2023