Berlində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başlayıb, sülh müqaviləsinin layihəsi müzakirə edilir - YENİLƏNİB
Berlində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başlayıb, sülh müqaviləsinin layihəsi müzakirə edilir - YENİLƏNİB Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş başlayıb.
Azərbaycan və Ermənistan XİN rəhbərləri Ceyhun Bayramov və Ararat Mirzoyan sülh müqaviləsi layihəsi ətrafında müzakirələr aparacaqlar.
Məlumata əsasən, nazirlərin görüşü Almaniya XİN-in Borsiq villasında keçirilir.
The bilateral meeting between the Foreign Minister of #Azerbaijan@Bayramov_Jeyhun and Foreign Minister of Armenia @AraratMirzoyan to discuss the draft peace agreement has just started in Berlin at the guest house of the Federal Ministry of Foreign Affairs, Villa Borsig. pic.twitter.com/NL8q5Eg77a
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş başlayıb.
“Report”un məlumatına görə, görüş haqqında informasiyanı Ermənistan mətbuatı paylaşıb.
Nazirlər Almaniyanın paytaxtı Berlin şəhərində görüşürlər.
Qeyd edək ki, fevralın 17-də Münxendə Azərbaycan Prezidenti İlham Əliyevlə Almaniya Kansleri Olaf Şolts və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Nəticədə tərəflər Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində danışıqların aparılması barədə razılığa gəliblər.