İrkutsk Dövlət Universiteti ilə hüquqşünas kadrların hazırlanması müzakirə edilib

İrkutsk Dövlət Universiteti ilə hüquqşünas kadrların hazırlanması müzakirə edilib Hüquqşünasların hazırlanması sahəsində Rusiyanın aparıcı təhsil müəssisələrindən hesab edilən və Şərqi Sibirin ən qədim ali təhsil ocağı olan İrkutsk Dövlət Universitetinin tərkibində fəaliyyət göstərən Hüquq institutunun müəllim və tələblərindən ibarət n
Xarici siyasət
15 Oktyabr , 2024 14:53
İrkutsk Dövlət Universiteti ilə hüquqşünas kadrların hazırlanması müzakirə edilib

Baş Prokurorluqda İrkutsk Dövlət Universitetinin (İDU) nümayəndə heyəti ilə hüquqşünas kadrlarının hazırlanması ilə bağlı müzakirələr aparılıb.

Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hüquqşünasların hazırlanması sahəsində Rusiyada Şərqi Sibirin ən qədim ali təhsil ocağı olan İrkutsk Dövlət Universitetinin tərkibində fəaliyyət göstərən Hüquq institutunun müəllim və tələbələrindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Səfər çərçivəsində İDU-nun Hüquq institutunun və İrkutsk Vəkillər Palatasının nümayəndə heyəti Baş prokuror Kamran Əliyev tərəfindən qəbul edilib.

Görüş zamanı qonaqlarla hüquqşünas kadrlarının hazırlanmasının xüsusiyyətləri, əməkdaşlığın faydası və perspektivləri, Azərbaycan və Rusiya prokurorluq qurumları arasında formalaşmış işgüzar əlaqələr barədə söhbət aparılıb.

Görüşdən sonra nümayəndə heyəti yenidən layihələndirilmiş Azərbaycan Prokurorluğunun Tarix Muzeyi ilə tanış olub.

Daha sonra qonaqlar paytaxtın "Dərnəgül" yaşayış sahəsində yerləşən inzibati binalar kompleksində yaradılmış şəraitlə tanış olub, onlara kitabxanalar, məşğələ auditoriyaları, kriminalistik avadanlıq otaqları və texnikası, konfrans zalı və digər xidməti otaqlar nümayiş etdirilib.

Qonaqlar üçün, həmçinin Azərbaycan prokurorluğunun fəaliyyəti, prokurorluq işçilərinin tədris prosesi, hazırlıq və ixtisasartırma kursları və digər təlimlərin keçirilməsi əsasları, habelə tətbiq edilən müasir texnologiyalar barədə təqdimatlar keçirilməklə ətraflı məlumat verilib.

Son xəbərlər

Orphus sistemi