Frank Peloni Bakıda “Rədd ol!” şüarları ilə qarşılanıb - YENİLƏNİB

Frank Peloni Bakıda “Rədd ol!” şüarları ilə qarşılanıb - YENİLƏNİB Bakıda səfərdə olan ABŞ Konqresinin ermənipərəst nümayəndəsi Frank Peloniyə qarşı etiraz aksiyası keçirilib.
Xarici siyasət
16 Noyabr , 2024 20:42
Frank Peloni Bakıda “Rədd ol!” şüarları ilə qarşılanıb - YENİLƏNİB

COP29-da iştirak üçün Bakıda səfərdə olan ABŞ Konqresinin ermənipərəst nümayəndəsi Frank Peloniyə qaldığı otelin qarşısında bir qrup Azərbaycan QHT-ləri etiraz aksiyası keçirib.

"Report" xəbər verir ki, Peloni Bakıda “Rədd ol!” şüarları ilə qarşılanıb, ondan Azərbaycan xalqını təhqir etməsinə görə üzr istəməsi tələb olunub.

Şəhid və itkin düşənlərin ailələrini təmsil edən QHT təmsilçiləri bildirib ki, belə bir arzuolunmaz şəxsə Azərbaycanda yer olmamalıdır.

QHT nümayəndələri Pelonidən Azərbaycana qarşı iftiraları üçün erməni lobbi təşkilatlarından hər ay nə qədər maliyyə aldığını soruşublar. ABŞ konqresmeni suallara cavab vermədən ərazidən uzaqlaşmağı üstün tutub.

Qeyd edək ki, Frank Peloni COP29-da iştirak etmək üçün BMT-nin dəvəti ilə Bakıdadır. O, ABŞ-də erməni lobbisinin ən fəal nümayəndəsi kimi tanınır.

19:43

COP29-da iştirak üçün Bakıda səfərdə olan ABŞ Konqresinin ermənipərəst nümayəndəsi Frank Peloniyə qarşı etiraz aksiyası keçirilib.

"Report" xəbər verir ki, aksiyada vətəndaş cəmiyyəti nümayəndələri iştirak edib.

Onlar F.Peloninin ermənipərəst mövqeyinə və lobbiçik fəaliyyətinə etiraz ediblər.

Son xəbərlər

Orphus sistemi