Bakıda hərbi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclası keçiriləcək

Xarici siyasət
  • 06 fevral, 2017
  • 09:06
Bakıda hərbi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclası keçiriləcək

Bakı. 6 fevral. REPORT.AZ/ "Hərbi-texniki əməkdaşlıq hər zaman Azərbaycanla Ukrayna arasında ikitərəfli əməkdaşlığın əsas komponentlərindən biri olub".

"Report" xəbər verir ki, bunu jurnalistlərə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko deyib.

Onun sözlərinə görə, bu il Bakıda hərbi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclası keçiriləcək.

Səfir iclas çərçivəsində bu istiqamətdə cari vəziyyətin və əməkdaşlığın perspektivlərinin müzakirə ediləcəyini əlavə edib.

A.Mişenko hərbi-texniki sahədə dərin əməkdaşlığın iki ölkə arasında münasibətlərin göstəricisi olduğunu bildirib.