Fransa və Niderland neokolonializmi Bakıda keçirilən beynəlxalq konfransda müzakirə olunur

Xarici siyasət
  • 06 dekabr, 2024
  • 06:21
Fransa və Niderland neokolonializmi Bakıda keçirilən beynəlxalq konfransda müzakirə olunur

Bakıda Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Fransa və Niderlandın müstəmləkə idarəçiliyi altında olan Sen-Marten adasındakı vəziyyətlə bağlı beynəlxalq konfrans keçirilir.

“Report” xəbər verir ki, konfransın mövzusu "Sen-Martendə Fransa və Niderland müstəmləkəçiliyi - bir ada, bir xalq, bir tale"dir.

Konfransda Sen-Marten xalqının nümayəndələri, həmçinin müstəmləkəçiliyə qarşı fəaliyyət göstərən təşkilatların rəhbərləri, Sen-Marten parlamentinin üzvləri, hüquq müdafiəçiləri və qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak edirlər.

Tədbir zamanı müstəmləkəçilikdən azad olma mübarizəsi barədə müzakirələr aparılacaq.

Qeyd edək ki, iki yerə bölünən Sen-Marten adası iki dövlət - Fransa və Niderland tərəfindən müstəmləkələşdirilib. Adadakı müstəmləkəçilik irsi iqtisadi və siyasi sahələrdə öz mənfi təsirini göstərməkdə davam edir.

Foto: Samirə Həsənova

Son xəbərlər

Bütün Xəbər Lenti