Qafqaz – İberoamerika Düşüncə Mərkəzinin sədri, ispandilli ölkələr üzrə ekspert Mahir Qurbanov Venesuelada keçirilən prezident seçkilərində beynəlxalq müşahidəçi qismində iştirak edir.
“Report” xəbər verir ki, siyasi mütəxəssis müxtəlif sessiyalarda və iclaslarda çıxışlar edərək Azərbaycanı təmsil edir.
Qurbanov öz çıxışlarında Qafqaz – İberoamerika Düşüncə Mərkəzinin fəaliyyəti, ispandilli ölkələrin düşüncə mərkəzləri və mediası ilə qurulan əməkdaşlıq haqqında da ictimaiyyəti məlumatlandırıb.
Mahir Qurbanov Venesuela Dövlət televiziyasına (“Venezolana de Televisión”) verdiyi müsahibədə Azərbaycan – Venesuela əlaqələri və bu əlaqələrin inkişafı barədə məlumat verib.
Mərkəz rəhbərinin “Report”a verdiyi açıqlamasında Venesuelaya gəlməyindən çox məmnun olduğunu bildirib, bu ölkəyə üçüncü səfərinin olduğunu xatırladıb:
“Sizin də çox yaxşı bildiyiniz kimi, Azərbaycan və Venesuela arasında çox yaxşı əlaqələr var. Biz qardaş ölkələrik, qardaş xalqlarıq. Nikolas Maduro Azərbaycanda bir neçə dəfə olub. Prezidentimiz İlham Əliyevlə bir sıra görüşlər keçirib. Venesuela bizi sadəcə BMT-də deyil, həmçinin Qoşulmama Hərəkatında da dəstəkləyir.
Onun sözlərinə görə, Bakı ilə Karakas arasındakı “əməkdaşlıq və ikitərəfli əlaqələr, demək olar ki, hər gün inkişaf etməkdədir və bir çox sahələri əhatə edir”.
Ekspert vurğulayıb ki, sosial, iqtisadi, ticari, turizm sahələri ilə yanaşı təhsil və innovativ texnologiya sahəsində də əməkdaşlığın gücləndirilməsi istiqamətində işlər görülür.