Azərbaycanla Həştərxan arasında əməkdaşlıq layihələri müzakirə edilib

Azərbaycanla Həştərxan arasında əməkdaşlıq layihələri müzakirə edilib Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə görüşüb
Xarici siyasət
21 Sentyabr , 2020 13:15
Azərbaycanla Həştərxan arasında əməkdaşlıq layihələri müzakirə edilib

Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycan, Qazaxıstan və Türkmənistanın səfirləri ilə görüşüb.

“Report” Həştərxan vilayətinin rəsmi saytına istinadən xəbər verir ki, görüş Moskvada keçirilib. Görüşdə sərmayə və ticarət, sənaye və kənd təsərrüfatı, turizm və təhsil kimi mövzulara toxunulub.

İ.Babuşkin Azərbaycan səfiri Polad Bülbüloğlu ilə Bakıda Həştərxan biznes mərkəzinin açılması və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Astara-Bakı-Həştərxan marşrutu ilə yük daşınması planlarını müzakirə edib.

Bütün görüşlərin ortaq mövzusu Xəzəryanı ölkələrdən adıçəkilən regiona birbaşa investisiyaların cəlb edilməsi olub. Turizm sahəsində əməkdaşlığın gələcək perspektivləri, o cümlədən “Xəzər kruiz xətti” layihəsi çərçivəsində Xəzər dənizində kruiz turizminin inkişafı müzakirə edilib. Layihənin 2021-ci ildə işə düşəcəyi planlaşdırılır. Xəzəryanı ölkələrlə birbaşa uçuşların ən qısa zamanda bərpa olunmasının vacibliyinə xüsusi diqqət yetirilib.

Qubernator Azərbaycan, Qazaxıstan və Türkmənistanın diplomatik nümayəndəliklərinin rəhbərlərini Həştərxanda keçiriləcək “Xəzər Media Forumu – 2020”yə dəvət edib. Forum Xəzər regionunda payızın əsas hadisəsi olacaq.

Son xəbərlər

Orphus sistemi