Azərbaycanın XİN başçısı BMT-nin ali komissarı ilə regiondakı vəziyyəti müzakirə edib - YENİLƏNİB

Azərbaycanın XİN başçısı BMT-nin ali komissarı ilə regiondakı vəziyyəti müzakirə edib - YENİLƏNİB Xarici işlər naziri Ceyhun Bayramov Cenevrədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk ilə görüşüb.
Xarici siyasət
13 Sentyabr , 2023 13:50
Azərbaycanın XİN başçısı BMT-nin ali komissarı ilə regiondakı vəziyyəti müzakirə edib - YENİLƏNİB

Sentyabrın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində BMT-nin insan hüquqları üzrə ali komissarı cənab Folker Türk ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüşdə tərəflər arasında Azərbaycan və BMT arasında insan hüquqları sahəsində cari əməkdaşlıq gündəliyi, bölgədəki mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

C.Bayramov ölkəmizin BMT-nin insan hüquqları mexanizmləri ilə konstruktiv dialoq və qarşılıqlı etimad çərçivəsində fəal şəkildə əməkdaşlıq etdiyini bildirib. İnsan hüquqlarının fundamental prinsiplərinin müdafiəsinə tam şəkildə sadiq olan Azərbaycanın beynəlxalq insan hüquqları sisteminin gücləndirilməsinə, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə mütəmadi əsasda töhfə verdiyini, davamlı olaraq bu sahədə əhəmiyyətli irəliləyişlər əldə etdiyini vurğulayıb.

Regiondakı son vəziyyət barədə Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdıran nazir Ceyhun Bayramov Ermənistanın davam edən hərbi-siyasi təxribatlarından, habelə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı bəyanatlarından söz açıb, bu kimi addımların bölgədə sülh və sabitliyə xidmət etmədiyini, yerli erməni əhalisinin reinteqrasiyasına əngəllər törətdiyini diqqətə çatdırıb.

Görüşdə 30 ilə yaxın işğal dövründə Ermənistanın müharibə cinayətləri, insanlığa qarşı cinayətlər törətdiyi , o cümlədən etnik təmizləmələr həyata keçirdiyi qeyd olunub.

Bölgədə “humanitar vəziyyət” və “blokada” barədə iddiaların əsassız olduğu, Ermənistanın Laçın sərhəd buraxılış məntəqəsinə qarşı təxribatlarının, Ağdam-Xankəndi yolundan yüklərin daşınmasına törədilən maneələrin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddiaların, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrinin hələ də çıxarılmamasının sülh və təhlükəsizliyə təhdid olduğu vurğulanıb.

Görüşdə, həmçinin nazir Ceyhun Bayramov münaqişə başa çatmasına və bölgədə sülh perspektivinin yaranmasına baxmayaraq hələ də insan hüquqları ilə bağlı ciddi problemlərin qaldığını, işğaldan azad edilmiş ərazilərdə Ermənistan tərəfindən basdırılmış yüz minlərlə minanın günahsız insanların həyatına son qoymaqda davam etdiyini, bərpa və quruculuq işlərini, habelə azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq hüququnu əngəllədiyini bildirib.

12:30

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Cenevrədə BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Folker Türklə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüşdə Azərbaycan və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı arasında əməkdaşlığın cari gündəliyi və perspektivləri, o cümlədən regionda baş verən son hadisələr müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi