Azərbaycan səfiri etimadnaməsini Ümumdünya Ərzaq Proqramının icraçı direktoruna təqdim edib

Xarici siyasət
  • 12 iyun, 2023
  • 17:12
Azərbaycan səfiri etimadnaməsini Ümumdünya Ərzaq Proqramının icraçı direktoruna təqdim edib

Azərbaycanın İtaliyadakı Fövqəladə və Səlahiyyətli səfiri Rəşad Aslanov BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Sindi Makkeyn ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə diplomat tviterdə bildirib.

Görüş zamanı səfir etimadnaməsini BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoruna təqdim edib.