Mahmud Məmməd-Quliyev: "Azərbaycanın Riqada keçiriləcək Şərq Tərəfdaşlığı sammitindən gözləntiləri var"

Mahmud Məmməd-Quliyev: "Azərbaycanın Riqada keçiriləcək Şərq Tərəfdaşlığı sammitindən gözləntiləri var" "Riqa sammiti çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan arasında hər hansı sənədin imzalanması nəzərdə tutulmayıb"
Xarici siyasət
19 May , 2015 15:01
Mahmud Məmməd-Quliyev: Azərbaycanın Riqada keçiriləcək Şərq Tərəfdaşlığı sammitindən gözləntiləri var

Bakı. 19 may. REPORT.AZ/ "Azərbaycanın Riqada keçiriləcək Şərq Tərəfdaşlığı sammitindən gözləntiləri var". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

Onun sözlərinə görə, sonda sammitin yekunlarına dair bəyannamə qəbul ediləcək: “Bəyannamə üzrə müzakirələr gedir, Azərbaycanın Riqa sammitindən gözləntiləri var. Hələlik danışıqlar aparılır. Bu proses başa çatandan sonra detalları açıqlamaq olar”.

Nazir müavini bildirib ki, Riqa sammiti çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan arasında hər hansı sənədin imzalanması nəzərdə tutulmayıb.

Ümumdünya Ticarət Təşkilatına qəbul olunmaqla bağlı məsələyə münasibət bildirən nazir müavini qeyd edib ki, bununla bağlı suallar və təkliflər gəlib, hazırda bu məsələyə baxılır.

Son xəbərlər

Orphus sistemi