Azərbaycan QHT-ləri USAID-lə əlaqədar ABŞ Prezidentinə və İlon Maska müraciət ünvanlayıblar

Azərbaycan QHT-ləri USAID-lə əlaqədar ABŞ Prezidentinə və İlon Maska müraciət ünvanlayıblar Azərbaycanın Qeyri Hökumət Təşkilatları (QHT) ABŞ Prezidenti Donald Trampa USAID-lə əlaqədar müraciət ünvanlayıb.
Xarici siyasət
13 fevral 2025 12:00
Azərbaycan QHT-ləri USAID-lə əlaqədar ABŞ Prezidentinə və İlon Maska müraciət ünvanlayıblar
Ramil İskəndərli

Azərbaycanın Qeyri Hökumət Təşkilatları (QHT) ABŞ Prezidenti Donald Trampa, eləcə də ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maska USAID-lə əlaqədar müraciət ünvanlayıblar.

“Report”un məlumatına görə, müraciət mətnini Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli səsləndirib.

Müraciətin mətnində deyilir:

"Azərbaycan QHT-lərinin flaqmanı olan Azərbaycan Milli QHT Forumu olaraq USAID-in qlobal məkanda cinayətkar əməllərinin təftişində və ifşasında nümayiş etdirdiyiniz qətiyyətə, güclü iradəyə görə sizlərə dərin təşəkkürümüzü ifadə edirik.

Təəssüflər olsun ki, ötən uzun illər ərzində ABŞ vergi ödəyicilərinin pulları USAID-in korrupsiya yeminə çevrilib, Bayden-Blinken Administrasiyasının qara şəbəkəsinin formalaşdırılması üçün istifadə olunub. Azərbaycan-ABŞ münasibətlərinin itirilmiş illərinə çevrilən Bayden-Blinken dövründə Azərbaycan cəmiyyətində USAID-in ölkədən qovulması, fəaliyyətinin dayandırılması ilə əlaqədar çağırışlar, ictimai qəzəb də artan xətt üzrə güclənib. USAID qrantları Azərbaycanda da ənənəvi, milli-mənəvi dəyərlərə təhqir mahiyyəti daşımaqla, ABŞ-ın bölgədəki imicinə və strateji maraqlarına zərbə vurub.

İctimailəşdirilən faktlar göstərir ki, 1991-ci ildən USAID Azərbaycanda müxtəlif adlar altında layihələrə 410 milyon ABŞ dollarından artıq vəsait xərcləyib. Yeni faktlar hazırda aktiv olan 17 milyon dollarlıq ABŞ-nin müxtəlif qrant layihələrində Azərbaycanın da adının keçdiyini göstərir.

Ümid edirik ki, siz USAID-in Azərbaycandakı cinayətlərinə də nəzər salacaq, ayrılmış qrantların təftişinin aparılmasına göstəriş verəcəksiniz.

600-dən çox üzv QHT-yə malik təşkilat kimi Azərbaycan ictimaiyyətinin belə bir araşdırmanın nəticələrini, qrant dəllal və dələduzlarının de-şifrəsini səbirsizliklə gözlədiyini ifadə edirik".

Son xəbərlər

Orphus sistemi