Azərbaycanın NATO ilə tərəfdaşlığının perspektivləri müzakirə edilib
Azərbaycanın NATO ilə tərəfdaşlığının perspektivləri müzakirə edilibAzərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Daimi Nümayəndələrinin Müavinləri Komitəsinin üzvləri ilə görüşdə iştirak edib.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Daimi Nümayəndələrinin Müavinləri Komitəsinin üzvləri ilə görüşdə iştirak edib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin də iştirak etdiyi NATO Daimi Nümayəndələrinin Müavinləri Komitəsinin üzvləri ilə görüş başa çatıb. O, tərəfdaş ölkələrlə NATO-Azərbaycan tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri ilə bağlı səmərəli müzakirələr aparıb. Bundan başqa, Azərbaycanın regional əlaqə və enerji təhlükəsizliyində mühüm rolu, COP29 iqlim konfransına hazırlıq prosesi, iqlim və “yaşıl həmrəylik” gündəliyi, eləcə də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəlilədilməsi prosesi kimi məsələlərə toxunulub”, - paylaşımda qeyd edilib.
The meeting of #NATO DPRC+Azerbaijan with the participation of Assistant to the President of the Republic of Azerbaijan, @HikmetHajiyev just wrapped up. Mr. Hikmat Hajiyev had a productive discussion with Allied Nations regarding the current status and future prospects of the… pic.twitter.com/fBvzRKsdxV