Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib Bu gün Azərbaycandan növbəti dəfə Ukraynaya qida məhsullarından, dərman və tibbi ləvazimatdan ibarət olan humanitar yardım göndəriləcək.
Xarici siyasət
12 Mart , 2022 10:35
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib

Martın 12-də Azərbaycandan Ukraynaya növbəti humanitar yardım yola salınıb.

“Report” xəbər verir ki, humanitar yardım təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman vasitələri və tibbi sərf, eləcə də ərzaq və qida məhsullarından ibarətdir. 
 
Ümumi məbləği 5,5 milyon avrodan artıq olan 380 tonluq humanitar yardımın Polşanın Rjeşov hava limanına çatdırılması üçün ilk təyyarə 12 mart saat 09:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola düşüb. Yardımın daşınması məqsədilə gün ərzində növbəti uçuşların həyata keçirilməsi nəzərdə tutulub.

08:27

Bu gün Azərbaycan dövləti növbəti dəfə Ukraynaya qida məhsulları, dərman və tibbi ləvazimatdan ibarət humanitar yardım göndərəcək.

“Report” xəbər verir ki, 380 ton olan yardım Ukraynanın paytaxtı Kiyevə “Silkway”in yük təyyarəsi ilə çatdırılacaq.

Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski humanitar yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə və xalqına təşəkkür edib.

Son xəbərlər

Orphus sistemi