Azərbaycan Suriyaya 200 tona yaxın humanitar yardım göndərib - VİDEO
Xarici siyasət
- 30 dekabr, 2024
- 06:34
Azərbaycan Prezidentinin göstərişinə əsasən, Suriyada humanitar böhrandan əziyyət çəkən əhaliyə yardım məqsədilə müvafiq humanitar dəstək göndərilir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, on yük avtomobilindən ibarət yardım karvanında ümumilikdə 200 tona yaxın ərzaq və qida məhsulları var:
"Yardım karvanı Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Suriyaya və oradan da İdlib şəhərinə çatdırılacaq. Yardımın Türkiyənin Fövqəladə Halların İdarə edilməsi Agentliyi (AFAD) vasitəsilə Suriyada ehtiyacı olan əhaliyə ayrılması nəzərdə tutulub".
Yardım artıq yola salınıb.
Foto: Vüqar Xanlarov
Son xəbərlər
22:29
Foto
Sumqayıtda səkkiz maşın toqquşub
Hadisə22:27
Aİ Şurası Ukraynaya 2,3 milyard avroluq yardımın ayrılmasını təsdiqləyib
Digər ölkələr22:26
"Barselona" futbolçusu ilə müqavilənin müddətini uzadıb
Futbol22:19
Bakıda 44 yaşlı kişi qətlə yetirilib, mərhumun oğlu şübhəli qismində saxlanılıb
Hadisə22:14
ABŞ-də 18 min terrorçunun olması barədə məlumat verilib
Digər ölkələr22:12
Azərbaycan Basketbol Liqasının IX turunda "Naxçıvan" qələbə qazanıb
Komanda22:07
Quterreş: BMT nümayəndələri Sudandakı münaqişə tərəfləri ilə görüşəcəklər
Digər ölkələr21:59
Ərdoğanın Türkmənistana səfəri başlayıb
Region21:54
Foto