Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

Azərbaycan XİN Türkiyəyə başsağlığı verib Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.
Xarici siyasət
27 May , 2024 10:32
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan XİN “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Mersin magistral yolunda çoxsaylı insanın vəfat etməsi və yaralanması ilə nəticələnən qəza xəbəri bizi dərindən kədərləndirdi. Qəzada həlak olan insanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik", - məlumatda qeyd edilib.

Qeyd edək ki, Türkiyənin Mersin şəhərinin Tarsus rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi olub, nəticədə 39 nəfər yaralanıb, 10 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi