Azərbaycan XİN Gürcüstana başsağlığı verib

Azərbaycan XİN Gürcüstana başsağlığı verib Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstana başsağlığı verib.
Xarici siyasət
9 Yanvar , 2025 11:27
Azərbaycan XİN Gürcüstana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Qali rayonunun Saberio kəndində baş verən yanğın nəticəsində beş uşağın faciəvi şəkildə həyatını itirməsi ilə bağlı başsağlığı verib.

"Report" xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

"Abxaziyanın Qali rayonunda beş uşağın həyatını itirdiyi faciəvi yanğın bizi dərin kədərləndirdi. Bu dəhşətli hadisədən zərər çəkən ailələrə və dost Gürcüstana başsağlığı veririk. Bu itkiyə dözmək üçün səbr diləyirik", - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi