Azərbaycan və Rusiya XİN başçıları arasında görüş başlayıb

Azərbaycan və Rusiya XİN başçıları arasında görüş başlayıb Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.
Xarici siyasət
23 Dekabr , 2022 14:38
Azərbaycan və Rusiya XİN başçıları arasında görüş başlayıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.

“Report”un Rusiya bürosu xəbər verir ki, görüşdə ikitərəfli və regional məsələlərin müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, bu, Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında cari ayda ikinci danışıqlardır. Bundan əvvəl onlar dekabrın əvvəlində Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması məsələlərini, eləcə də ikitərəfli əməkdaşlığın gündəliyini müzakirə etmək üçün görüşüblər.

Xatırladaq ki, dekabrın 23-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh müqaviləsinin hazırlanması məsələsini müzakirə etmək üçün görüşü planlaşdırılsa da, İrəvan görüşdə iştirakdan imtina edib.

Son xəbərlər

Orphus sistemi