Gürcüstan millisinin və "Trabzonspor"un sabiq futbolçusu vəfat edib
Futbol
- 21 oktyabr, 2026
- 19:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Gürcüstan millisinin və Türkiyənin "Trabzonspor" klubunun sabiq futbolçusu Giorgi Nemsadze 54 yaşında vəfat edib.
"Report" xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Keçmiş yarımmüdafiəçi 1996/1997 mövsümündə "Trabzonspor"un formasını geyinib. Tbilisi "Dinamo"sundan transfer olunan futbolçu Türkiyədə keçirdiyi bir mövsüm ərzində 32 çempionat oyununda meydana çıxıb və 1 qol vurub.
O, 1992-ci ildən 2004-cü ilə qədər Gürcüstan yığmasının şərəfini qoruyub. Mütəxəssis son olaraq 2020-2021 mövsümündə ölkəsində "Dinamo" (Tiblisi) klubunun baş məşqçisi kimi çalışıb.
Son xəbərlər
10:31
Foto
Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçularına dəstək aksiyası keçirilib
Komanda
10:21
Ər-Riyada yönələn ballistik raket vurulub
Digər ölkələr
10:16
Azərbaycan güləşçiləri bu gün dünya çempionatında mübarizə aparacaq
Komanda
10:14
Foto
Azərbaycanın veteran cüdoçuları daha bir medal qazanıblar
Komanda
10:09
Foto
Bakıda "Turandot" tamaşasının premyerası baş tutub
Mədəniyyət siyasəti
10:07
Foto
Anastasiya Lavrina Çində qlobal idarəetmə məsələlərində Azərbaycanın mövqeyini təqdim edib
Xarici siyasət
10:02
Salyanda evə düşən ildırım yanğına səbəb olub
Hadisə
09:52
Bolqarıstanda prezident seçkiləri başlayıb
Digər ölkələr
09:33
FIFA U-15: Azərbaycan millisi bu gün növbəti oyunlarını keçirəcək
Komanda