Azərbaycan və Qambiya arasında diplomatik əlaqələrin qurulmasından 30 il ötür.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Mərakeşdəki səfirliyi
“Bu gün (noyabrın 11-də – red.) Azərbaycan və Qambiya arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümüdür. Həmkarlarımız – qambiyalı diplomatları bu ildönümü münasibətilə təbrik edir və ölkələrimiz arasında münasibətlərin inkişafında onlara uğurlar diləyirik”, – mətbuat xidməti sosial şəbəkədə bildirib.
Qeyd edək ki, Azərbaycanın Mərakeşdəki diplomatik missiyasının rəhbəri Nazim Səmədov həmçinin Qambiyada qeyri-rezident səfirdir. Bu ilin aprelində o, etimadnaməsinin surətini ölkənin xarici işlər naziri Mamadu Tanqaraya təqdim etmişdi.
Xatırladaq ki, iyul ayından Azərbaycan və Qambiya diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad ediblər.