Azərbaycanın Mərakeş, Seneqal, və Qambiyadakı səfiri Nazim Səmədov etimadnaməsinin surətini Qambiyanın xarici işlər naziri Mamadu Tanqaraya təqdim edib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan səfirliyi
“Bu gün səfir Nazim Səmədov Qambiya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar naziri Mamadu Tanqara ilə görüşüb və Azərbaycanın Qambiyadakı səfiri kimi etimadnaməsinin surətlərini ona təqdim edib. İki ölkə arasında əməkdaşlıq müzakirə edilib”, – diplomatik missiya diqqətə çatdırıb.