Azərbaycan və Meksika parlamentlərarası əməkdaşlıq məsələlərini müzakirə ediblər

Azərbaycan və Meksika parlamentlərarası əməkdaşlıq məsələlərini müzakirə ediblər Bakı. 16 fevral. REPORT.AZ/ Parlamentlərarası əlaqələrə təkan vermək məqsədilə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Milli Məclisdə olub və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, habelə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ilə görüşüb.
Xarici siyasət
16 Fevral , 2018 16:48
Azərbaycan və Meksika parlamentlərarası əməkdaşlıq məsələlərini müzakirə ediblər
Report

Bakı. 16 fevral. REPORT.AZ/ Parlamentlərarası əlaqələrə təkan vermək məqsədilə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Milli Məclisdə olub və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, habelə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ilə görüşüb.

"Report" Meksikanın Azərbaycandakı səfirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı əməkdaşlığın müxtəlif sektorları üzrə əlaqələrin intensivləşdirilməsi qeyd olunub.

Görüşdə Meksika ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı üçün təməl hesab olunan hüquqi bazanın möhkəmlənməsi vurğulanıb. Tərəflər hər iki ölkənin parlamentləri arasında qarşılıqlı səfərlərin stimullaşdırılmasının zəruriliyini qeyd ediblər. Bundan əlavə, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan söz açılıb. Məsələ ilə əlaqədar səfir Labardini miqrasiya, ətraf mühit və başqa mövzular üzrə beynəlxalq hüquqi bazanın yaradılmasına dair Meksikanın bir sıra təklifləri haqqında məlumat verib.

Son xəbərlər

Orphus sistemi