Azərbaycan və İran XİN başçıları azad olunan ərazilərin bərpası məsələsini müzakirə ediblər - YENİLƏNİB

Azərbaycan və İran XİN başçıları azad olunan ərazilərin bərpası məsələsini müzakirə ediblər - YENİLƏNİB Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb
Xarici siyasət
221
30 Mart , 2021 10:52
Azərbaycan və İran XİN başçıları azad olunan ərazilərin bərpası məsələsini müzakirə ediblər - YENİLƏNİB

Azərbaycan Xarici İşlər Nazirliyi xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Məhəmməd Cavad Zərifin görüşü barədə məlumat yayıb.

Nazirlikdən "Report"a bildirilib ki, martın 30-da Düşənbə şəhərində keçirilən "Asiyanın ürəyi - İstanbul prosesi" 9-cu Nazirlər Konfransı çərçivəsində C.Bayramovun M.C.Zərif ilə görüşü olub.

Nazirlər Azərbaycan və İran arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının cari ildə keçirilən sonuncu iclasının nəticələrini yüksək qiymətləndiriblər.

Nazirlər, həmçinin regional təhlükəsizlik məsələləri, xüsusilə də 44 günlük Vətən Müharibəsindən sonra bölgədə mövcud olan vəziyyət, imzalanmış üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma və bərpa işlərinin aparılması üzrə fikri mübadiləsi aparılıb. Nazir Məhəmməd Cavad Zərif qeyd edib ki, İran şirkətləri azad edilmiş ərazilərin minalardan təmizlənməsi və yenidənqurma işlərində iştirak etməyə hazırdır.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

10:24

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb.

“Report” “Mehr”ə istinadən xəbər verir ki, görüş Tacikistanın paytaxtı Düşənbədə “Asiyanın Ürəyi” konfransı çərçivəsində baş tutub.

Görüş əsnasında tərəflər Qafqaz regionundakı son prosesləri, iki ölkənin Xəzər dənizindəki əməkdaşlığını, siyasi və iqtisadi maraq doğuran digər məsələləri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi