Yuxarı

Azərbaycan və İran arasında 11 saziş imzalanıb

Sənədlər Prezident İlham Əliyevin İrana səfəri zamanı imzalanıb

Bakı. 23 fevral. REPORT.AZ/ Fevralın 23-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub. “Report” xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və təsirinin azaldılması sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif imzalayıbar.

“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında Saziş”i Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və İranın maliyyə və iqtisadiyyat nazirinin müavini, Gömrük Administrasiyasının prezidenti Məsud Kərbasian imzalayıbar.

“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında baytarlıq və heyvan sağlamlığı sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və İranın kənd təsərrüfatı naziri Mahmud Höccəti imzalayıbar.

“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında elektrik enerjisinin satışı haqqında Çərçivə Sazişi”ni Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi imzalayıbar.

“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında Çərçivə Sazişi”ni Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Abbas Axundi imzalayıbar.

“Azərbaycan Dəmir Yolları” QSC ilə İran İslam Respublikasının Dəmir Yolları arasında Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi haqqında Müqavilə”ni “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və İranın yol və şəhərsalma nazirinin müavini, Dəmir Yolları Şirkətinin baş direktoru Möhsün Purseyid Ağayi imzalayıbar.

“Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə İran İslam Respublikasının Qadın və Ailə Məsələləri üzrə Vitse-Prezidentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İran Prezidentinin ailə və qadın məsələləri üzrə müavini xanım Şəhindoxt Mövlaverdi imzalayıbar.

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İran İslam Respublikasının Səhiyyə və Tibbi Təhsil Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev və İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Seyid Həsən Qazizadə Haşimi imzalayıbar.

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İran İslam Respublikasının Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyi arasında Anlaşma Memorandumu”nu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii imzalayıbar.

“Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə İran Milli Neft Şirkəti arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və İran Milli Neft Şirkətinin prezidenti Rüknəddin Cavadi imzalayıbar.

“Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Qədir İnvestisiya Şirkəti arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və İranın Qədir İnvestisiya Şirkətinin prezidenti Süleymani Əmiri imzalayıbar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi